Yeni Story və Reels formatı hazırdır

Minlərlə məhsul.
Bir şablon.

Facebook və Instagram kataloq reklamlarınız qiymət, endirim və kredit məlumatı ilə avtomatik dizayn olunur. Saytda qiymət dəyişəndə reklam şəkli də yenilənir.

14 gün pulsuz · kart tələb olunmur · quraşdırmada kömək edirik
0 Canlı nümunə

Məhsulu seçin,
reklamı görün.

Soldakı siyahıdan məhsula klikləyin və ya şablonu dəyişin. Bu, paneldə işləyən eyni render kodudur.

Məhsul feed-iSinxron
Avtomatik yaradılan reklam
FEED · 1080×1080
STORY · 9:16

klonads məhsul feed-inizi götürür, brendinizə uyğun dizayn edir və hər saat Meta-ya hazır reklam şəkillərinə çevirir.

1 Necə işləyir

Bir dəfə qurun,
qalanı avtomatikdir.

Saytınızda heç nəyi dəyişmək lazım deyil. Məhsul feed-inin linki kifayətdir, Meta kataloq reklamları işlədirsinizsə o artıq var.

Addım 01

Feed-i qoşun

Addım 02

Şablonu qurun

Loqo@logo
Endirim nişanışərtli
Qiymət{{effective_price}}
Kredit{{monthly_payment}}
Məhsul şəklimultiply
Addım 03

Özü yenilənir

10:00Feed yoxlanıldı · 4 812 məhsul
10:00Qiymət dəyişdi: 1 299 → 999 ₼
10:013 şəkil yenidən yaradıldı, qalanlar toxunulmadı
10:05Meta yeni şəkilləri götürdü
Addım 04

Meta-ya qoşun

Supplementary feed…/out/k7xq2/esas/square.csv

Commerce Manager → Kataloq → Data sources → Supplementary feed, hər saat.

2 İmkanlar

Yerli bazar üçün
düşünülmüş detallar.

Manat, kredit, kampaniya şərtləri. Azərbaycan e-ticarətində reklamda göstərilən hər şey hazırdır.

Şərti elementlər

Hər element yalnız lazım olanda görünür. Qaydaları siz qurursunuz, kod yazmadan.

Endirim faizi≥15 VƏStokdadır
göstər: -23% Endirimsiz məhsulda nişan görünmür, əvəzinə "12 ay faizsiz" yazılır.

Manat və kredit

Aylıq ödəniş özü hesablanır.

Ayda
84 ₼
999 ₼ ÷ 12 ay · yuxarı yuvarlaqlaşdırılır

Üç format

Feed üçün kvadrat və 4:5, Stories və Reels üçün şaquli.

1:1
4:5
9:16

A/B test

Eyni məhsullar, iki dizayn, iki ayrı feed.

Variant A aktiv
Variant B aktiv

Səhvlərə qarşı qoruma

Reklam heç vaxt şəkilsiz qalmır.

Feed açılmadıKöhnə şəkillər yerində qaldı
Məhsul sayı −62%Yeniləmə dayandırıldı, sizə xəbər getdi
3 Panel

Bütün kampaniyalar
bir yerdə.

Marketinq komandanız və agentliyiniz eyni paneldə işləyir. Hər dizaynın vəziyyəti, son yeniləmə və problemli məhsullar bir baxışda görünür.

  • Komandaya dəvət, sahib və üzv rolları
  • Telegram və ya webhook ilə xəbərdarlıq
  • Hər dəyişikliyin jurnalı
4 Qiymətlər

Sadə, manatla.

Hesab-faktura ilə, bank köçürməsi vasitəsilə. İstənilən vaxt tarifi dəyişə bilərsiniz.

5 Suallar

Tez-tez
verilən suallar.

Saytımızda nəyisə dəyişmək lazımdırmı?

Xeyr. Yalnız məhsul feed-inin linki lazımdır (Google Shopping XML, Meta CSV və ya JSON). Meta kataloq reklamları işlədirsinizsə, bu link artıq var.

Qiymət dəyişəndə reklam yenilənirmi?

Bəli. Feed hər saat yoxlanılır, yalnız dəyişən məhsulların şəkli yenidən yaradılır və yeni ünvan alır. Meta köhnə qiyməti göstərmir.

Meta hesabımıza giriş verməliyikmi?

Xeyr. Sistem bir link verir, onu Commerce Manager-də kataloqa "supplementary feed" kimi əlavə edirsiniz. Quraşdırmada kömək edirik.

Ödəniş necə olur?

Paneldə tarif seçib hesab-faktura istəyirsiniz və bank köçürməsi ilə ödəyirsiniz. Ödəniş daxil olanda abunə avtomatik uzadılır. İllik ödənişdə endirim var.

Sınaq bitəndə nə olur?

Sistem bir müddət daha işləyir, sonra dayanır. Reklamlarınız kataloqdakı adi şəkillərə qayıdır, heç nə silinmir. Ödəniş edən kimi hər şey bərpa olunur.

6 Başlayın

Öz məhsullarınızla
sınayın.

Feed-inizi qoşun və ilk reklamlarınızı bu gün görün. Sınaq müddətində bütün imkanlar açıqdır.